14:56 Cümə Axşamı, 18 Iyul 2019
MƏDƏNİYYƏT

Bu ölkə 'Eurovision 2012' mahnısının yeni versiyasını təqdim etdi

12:40, 23.03.20121467
Bu ölkə 'Eurovision 2012' mahnısının yeni versiyasını təqdim etdi

San Marino "Eurovision 2012" mahnısının yeni versiyasını təqdim edib.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu mahnı artıq "The Social Network Song" ("OH OH-Uh-OH OH") adlanır.

Xatırladaq ki, San Marinonun 57-ci "Eurovision" mahnı müsabiqəsi üçün təqdim etdiyi "Facebook, Uh, Oh, Oh" mahnısı müsabiqə qaydalarına zidd olduğu üçün Avropa Yayımları Birliyi (EBU) tərəfindən qadağan edilib.

Yayımçı televiziya SMTV qarşısında ya Facebook sosial şəbəkəsi ilə bağlı olmayan yeni mahnı sözlərinin hazırlanması, ya da digər bir mahnının təqdim edilməsi tələbi qoyulmuşdu.

May ayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində San Marinonu Valentina Monetta təmsil edəcək.

XƏBƏR LENTİ