Danimarkada yeni qərarla peyvəndlənməni dayandırıb.
AZXEBER.COM xəbər verir ki, Danimarkada yeni növ koronavirusa qarşı peyvənd tətbiqi bir müddət dayandırılıb.
Danimarka Səhiyyə İdarəsinin epidemiyalar üzrə direktoru Bolette Soborq mətbuata verdiyi açıqlamada virusun ölkə daxilində nəzarət altına alındığını və ölkənin COVİD-19-a qarşı mübarizədə yaxşı vəziyyətdə olduğunu söyləyib.
Soborq mayın 15-dən etibarən peyvəndləri dayandırmağı planlaşdırdıqlarını bildirib:
"Payızdan etibarən epidemiya vəziyyətinə görə peyvəndlərə yenidən başlaya bilərik, amma mayın 15-dən etibarədən peyvənd tətbiqini bir müddət dayandırırıq".
Qeyd edək ki, fevral ayından etibarən bütün karantin qaydalarını ləğv edən Danimarkada əhalinin 81 %-i iki dozalı peyvənd olunub.
Ayşən