Bu ölkə son 75 ilin ən isti yay günlərini yaşayır

Bu ölkə son 75 ilin ən isti yay günlərini yaşayır
DÜNYA
21:40 22.07.2022
447
İyulun 21-də İsveçin cənubunda rekord temperatur göstəriciləri qeydə alınıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Molilla şəhərində son 75 ilin ən yüksək temperaturu müşahidə edilib - 37,2 dərəcə. Həmçinin Qotland adasında havanın hərarəti 1901-ci ilin temperatur rekordunu yeniləyib. Krallığın cənubunda termometrlər 1992-ci ildən bəri ilk dəfə olaraq 35,3 dərəcəni göstərib.

İsveçdə havanın quraq keçməsi səbəbindən təbiət yanğınları təhlükəsi artıb. İyulun 20-də Uppsala şəhəri yaxınlığında patrul helikopteri meşə yanğını qeydə alıb. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi sayəsində yanğın söndürülüb.
OXŞAR XƏBƏRLƏR