Norveç hökuməti 12 nazirliyin haker hücumuna məruz qaldığını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Norveç höküməti baş nazirlik, xarici işlər, müdafiə, ədliyyə və digər nazirliklərin "IT platforması”na kiberhücumu təsdiqləyib.
Nazirliklərin rabitə şəbəkəsinin meneceri Erik Hope mətbuat konfransında nazirliklərin internet təchizatçılarının platformasında texniki problemin müəyyən edildiyini söyləyib.
Aşkarlanan kiberhücumun sözügedən nazirliklərin platformasındakı "qeyri-adi” trafikə görə müəyyən olunduğu qeyd edilib.
Kiberhücumun arxasında kimin dayandığı mövzusunun birliklər tərəfindən araşdırıldığı bildirilib.
Şəbnəm