Bu ölkədə çobanlarla fermerlər arasında qarşıdurma: 16 nəfər öldü

Bu ölkədə çobanlarla fermerlər arasında qarşıdurma: 16 nəfər öldü
DÜNYA
11:33 25.12.2023
164
Nigeriyanın şimalında çobanlarla fermerlər arasında tez-tez qarşıdurmaların yaşandığı Plato əyalətində baş verən qarşıdurmada 16 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 16 nəfərin həyatını itirdiyi münaqişənin niyə baş verdiyi və kimin məsuliyyət daşıdığı barədə dəqiq məlumat verilməyib.

Plato əyalətinin qubernatoru Kaleb Mutfvanq hadisələri "barbar və qəddar" olaraq pisləyib və günahkarların ədalət qarşısında cavab verəcəyini vəd edib.
 
Xatırladaq ki, illərdir etnik və dini gərginliyin yaşandığı Plato əyalətinin Manqu yerli hökumət bölgəsində ötən ilin may ayında bəzi kəndlərə silahlı şəxslər tərəfindən basqın edilmiş və hücumlarda 100-dən çox adam həyatını itirmişdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR