Yunanıstanda son həftələrdə Covid-19 və qripə yoluxma halları kəskin artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən qapalı məkanlarda, xəstəxanalarda və ictimai nəqliyyatda maska taxmaq tövsiyə olunub.
Yunanıstanda Yoluxucu Xəstəliklər üzrə Milli Şuranın bu gün keçirilən iclasında son həftələrdə Covid-19 və qripə yoluxanların sayının artmasına diqqət çəkilib.
İclasda maskanın məcburi deyil, qapalı məkanlarda, xəstəxanalarda və ictimai nəqliyyat vasitələrində taxılmasının şiddətlə tövsiyə edilməsi qərara alınıb.
Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun (EODY) verdiyi açıqlamada, ötən həftə Covid-19 səbəbiylə 60 nəfərin həyatını itirdiyi bildirilib.
Ayşən