Bu ölkədə güclü qasırğa həyatı iflic etdi - 48 nəfər öldü

Bu ölkədə güclü qasırğa həyatı iflic etdi - 48 nəfər öldü
DÜNYA
13:02 05.08.2024
118
Filippində həyatı iflic edən qasırğa nəticəsində ölənlərin sayı 48-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi məlumat yayıb.
 
Açıqlamada qeyd olunub ki, qasırğalardan təxminən 6 milyon adam zərər çəkib, xeyli binaya ziyan dəyib.

Qasırğa nəticəsində təxminən 36 min insan təxliyə edilib.

Qeyd edək ki, ölkənin əksər bölgələrində baş verən sel və torpaq sürüşmələri səbəbindən bir çox yollar müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb, 118 əyalət və rayonda fövqəladə vəziyyət elan edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR