Bu ölkədə insanlar güclü qasırğa nəticəsində işıqsız qaldı

Bu ölkədə insanlar güclü qasırğa nəticəsində işıqsız qaldı
DÜNYA
00:44 25.12.2023
242

Avstraliyanın şərqində yerləşən Kvinslend ştatında şiddətli fırtına nəticəsində minlərlə insan işıqsız qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliya güclü yağışlarla mübarizə aparır.

Meteorologiya Bürosunun (BOM) verdiyi açıqlamada, Yeni Cənubi Uelsin (NSW) şimalında, eləcə də Kvinslenddə təsirli olan fırtınanın güclü leysan və yağışlara səbəb olduğu bildirilib. 

Məlumata görə, fırtına nəticəsində 57 mindən çox bina işıqsız qalıb.

Elektrik paylama xidmətlərini göstərən "Energex” iki saatda əyalətin cənubunda təxminən 151 min ildırım çaxması ilə bağlı məlumat paylaşıb.

Gülay

OXŞAR XƏBƏRLƏR