Koronavirus yoluxması artığına görə, Türkiyənin Səhiyyə Nazirliyi ilk ehtiyat tədbirini açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə koronavirus yoluxmasının kəskin artması səbəbilə epidemiyaya qarşı bir sıra tədbirlər görülüb.
Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, bir həftə ərzində 31 nəfərin həyatını itirməsindən sonra tədbirlər yenidən gündəmə gəlib.
Koronavirusla mübarizə çərçivəsində Eskişehir Xalq Sağlamlığı Şurası tərəfindən yeni qərarlar qəbul edilib:
-COVİD-19 stasionar xidmətləri, reanimasiya xidmətləri və təcili xidmətlər kimi universitet, özəl və dövlət xəstəxanalarının bölmələrindəki materialların, avadanlıqların, çarpayıların və personalın sayını nəzərdən keçirərək, yoluxmaların sayını nəzərə alaraq, lazımi planlar hazırlamaq,
-COVİD-19 xəstələrinin müraciət edəcəyi COVİD-19 Çağrı Mərkəzində çalışan işçilərin sayının hal və ehtiyaclara uyğun olaraq yenilənməsi və iş saatlarının təşkili yekdilliklə qərara alınıb.
Ayşən