Kubada elektrik stansiyalarında davam edən nasazlıqlara görə məktəblərin və iş yerlərinin bir müddət daha bağlı qalmasına qərar verilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kuba Müdafiə Nazirliyinin açıqlama verilib.
Açıqlamada xəstəxanalar kimi həyati əhəmiyyətli xidmətlər göstərən yerlərin açıq qalacağı, məktəblərin və qeyri-vacib dövlət sektoru fəaliyyətlərinin oktyabrın 27-dək bağlı qalacağı vurğulanıb.
Hökumət mövcud problemə görə ABŞ-ni günahlandırıb.
Qeyd edək ki, oktyabrın 18-də Matanzas şəhərindəki Antonio Guiteras Elektrik Stansiyasında baş vermiş nasazlıq səbəbindən milyonlarla kubalı işıqsız qalıb.
Kubada elektrik stansiyalarında yaranan nasazlıqlara görə tez-tez elektrik enerjisi kəsilir.
Mətbuatın yazdığına görə, Sovet İttifaqının 40 il əvvəl tikdiyi elektrik stansiyalarına lazımi səviyyədə texniki qulluq göstərilmədiyi üçün bu problemlər təkrarlanır.