Bu məktəblər kimə lazımdır?

Bu məktəblər kimə lazımdır?
Bütün Xəbərlər
23:47 23.08.2015
4187
Elmin XəyalSərgilənmiş elm ocaqları
İki il əvvəldən başlayaraq, dövlət ucqar kəndlərdə məktəb tikintisinə başladı. Ayrı-ayrı bölgələrin, ayrı-ayrı kəndlərində bir-birindən gözəl görünüşlü məktəblərin inşaasına start verildi. Məktəbin görünüşü mükəmməl olduğuna heç bir şübhə etmək düzgün olmazdı.
Görək bu məktəblərin görüntüsü qədər daxili də mükəmməldirmi?
Bu tədris ucaqları hansı sahədə tərifə layiqdirlər.
Bu haqda bir az sonra məlumat verəcəm. İndi isə həmin kəndlərlə azacıq tanış olaq.
Bu sözügedən məktəblər dediyim kimi, bölgələrimizin ən ucqar kəndlərində inşa olunmaqdadır. Bu kənlərdəki həyat göstəricisi isə sıfırın altında qərarlaşır. Həmin kəndlərdə hamınıza məlum olduğu kimi iş yeri olmadığından, əhali kəndləri tərk edib , böyük əksəriyyəti xaricə (burda Rusiya ən başlıca yer tutur), bir qismi isə bakıya üz tutublar. Artıq Rusiyanın paytaxtında belə talışlar məhləsi, mən nə bilim Kürdəmillilər küçəsi adı verilən qondarma məhlələr var və küçələr mövcuddur.
Məsələn , Bakıda Binə qəsəbəsində , istənilən dükana girib, talış dilində nəsə ala biləcəksiniz.
Bu eyni mənzərəni Buzovna, Bilgəh, Zabrat, Mərdəkan, Şüvəlan və digər Bakıətrafı kəndlərə də şamil etmək olar.
Bura köçüb, leqal və ya geyri-leqal məskunlaşanların böyük əksəriyyəti isə ailəvi köçənlərdir. Bu ailələrin məktəbli övladları da, burdakı məktəblərə üz tutmaq məcburiyyətində qalırlar.
400 təsərrüfatlı kəndin yeniyetmə cavanları və pul qazanmaq iqtidarında olan, təxminən yüz nəfərə yaxını Rusiyada, 60 nəfərə yaxını müxtəlif karxanalarda, 40 ailəsi Bakıda məskunlaşmış halda yaşadığından, bu yeni tikilən və ya tikilməkdə olan, ikimərtəbəli və ya təkmərtəbəli iri həcmli məktəbə cəmi 100 şagird qalır ki, buda bir normal məktəb üçün ən aşağı göstəricidir.
Əksər yerlərdə eyni mənzərə olduğundan heç bir ad vermirəm. Burda yazılan şərti rəqəmlərin hamısı isə təqribi ən maksimal rəqəmlərdir.
Bəs bu məktəblərin keyfiyyət göstəriciləri nə qədərdir?
Bir sıra kənd məktəblərində orta ixtisas təhsilli müəllimlər tədris edir ki, onların savad göstəricisi heçdə orta məktəb atestatlı insanların savadından heç nə ilə fərqlənmir. Digər qocaman pedaqoqlar isə işindən ərizə ilə təqaüdə çıxıblar. Demək istəyirəm ki,həmin məktəblərdə böyük pedaqoq qıtlığı mövcuddur. Bir müəllim iki yaxın kəndə eyni fəndləri tədris etmək məcburiyyətində qalıblar. Demək olar ki, bütün şaqirdləri müxtəlif çatlarda və sosial şəbəkələrdə tapmaq mümkündür. Bu is şagirdlərin dərsdən çox virtual dünyaya meyl göstərməsi ilə əlaqədardır. Əvvəllər, hardasa 7-8 il bundan qabağ, oxuyan şagirdlər dərs vəsaitlərini oxuyub bitirdikdən sonra elmi və ya bədii ədəbiyyata mey edirdilərsə, bu gün bu bədii ədəbiyyat heç bir fayda verməyən internetlə əvəz edilməkdədir.
Bu gün həmin məktəblərdə oxuyan heç bir şagirdin və bunun altını çızaraq geyd edirəm , heç bir şagirdin nə dünya , nədə Azərbaycan klassiklərinin varlığından belə xəbərdar deyil.
10 il bundan öncə əlaçı şagird “Xəmsə”ni oxuyurdusa, bu gün “İsgəndərnamə”ni belə oxumur. “Komsomol”un bir hissəsini heç olmasa əzbər bilirdisə, hal hazırdakı şagirdlər sujet xəttini belə bilmir.
Məktəblərdə elmi müzakirələr təşkil olunurdusa, hal-hazırda olmur.
Çox təəssüf ki, bu gün istənilən şagirdə məşğələlər təşkil olunur ki, bu da ailə büdcəsinə verilən ziyandan başqa bir şey deyil.
Hər bir gələcək inkişaf demək deyil və bunu hiss edirəm ki, gələcəyimiz “işsizlik” adlanan dənizdə boğulmaq üzrədir.
Bu gün heç bir məktəb gələcəyi ilə öyünə bilmir.
Bir haşiyə çıxacam.
Mən təvazökarlıqdan uzaq, oxuyan şagird olmuşam. Qışqa qarın, payızda isə küləyin apardığı elektrik stolbaları sayəsində qaranlıqda qalırdıq. Neft ölkəsində yaşadığımıza baxmayaraq neft almağa pulumuz olmadığından odun peçinin saçdığı işıqda gecə saatlarına qədər “Ömər Xəyyamı”, “Elçini” , “Anarı” , “İlyas Əfəndiyevi” , “Albert Kamyu”nu və bir sıra bu növdən olan yazarları oxuyardım. Hətta pıçıltılarım evdəkiləri narahat etməsin deyə əynimi geyinib çölə çıxar və qarın işığında oxuyardım.
Düzdür, bütün bu oxumağımın maddi bəhrəsini görməsəmdə, mənəvi barından həmişə bəhərlənmişəm...
Biz, pəncərənin qırıq şüşəsindən girən çovğunu bədənimizdə hiss edərək , tələbkar müəllimlərin əllərində bu savadları əldə etmişiksə, bu günkü lüks şəraitdə (tək sistemdən idarə olunan istilik, labaratoriya,kitabxana, idman meydançası, fəndlər otağı) oxumamaq və ya savadsız böyüyən gəncliyin tək bir sorumlusu var: Geyri-düzgün idarəçilik.
İşsizlik isə hər bir sahədə olduğu kimi, təhsildəndə yan keçmir.
İndi Əziz oxucular! Məhz ki, təhsil alan şagird olmayacaqdırsa, tədris edən müəllim olmayacaqdırsa nəyə lazımdır bu məktəblər? Kimə lazımdır?
Demək ki, Axur tikməmişdən əvvəl at almaq lazım imiş.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış müğənniyə ağır itki
08:15 20.07.2025
Tanınmış müğənniyə ağır itki
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük