Dövlət başçısı İlham Əliyevin dekabrın18-də imzaladığı sərəncamla bir sıra mədəniyyət və incəsənət xadimləri adlarla təltif edilib. Onların arasında “Bu şəhərdə”nin aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov da var.
Əməkdar artist adına layiq görülmə sevincini AZXEBER.COM-la bölüşən Coşqun Rəhimov təəssüratlarını belə ifadə edib: “Bayram qabağı bu bizə edilən ən böyük hədiyyədir. Bu təqdimat bizi çox sevindirdi. Əməkdar artist statusu bütün kollektivimizin üzərinə bir daha böyük məsuliyyət qoyur. Bu ada layiq olmağa çalışacağıq. İlk növbədə bizi bu ada layiq gördüyünə görə, sağ olsun bizim cənab prezident İlham Əliyev, minnətdarıq. Bir də var olsun bizim tamaşaçılarımız ki, bizləri bu uğurlara doğru apardılar”.
Rafael İsgəndərov da həmkarı kimi bizə verdiyi açıqlamasında əməkdar artist adına layiq görüldüyü üçün ilk növbədə dövlət başçısına minnətdarlığını bildirib: “Özümüz də daxil olmaqla, bütün ad alanları ürəkdən təbrik edirik. Hər kəsin yerinə də, öz yerimizə də çox sevinirik. Kiminki ad almaq ürəyindədir, onların başına da sağ əlimiz olsun. İnşaallah onlara da qismət olsun. Əməkdar artistlər də xalq artisti olsunlar. Nə qədər çox olsa, stimul da bol olar, mədəniyyətin, incəsənətin də inkişafı daha çox olar”.
Orxan