ABŞ-ın Texas ştatında edam olunması gözlənilən bir qadının bu cəzası təxirə salındı. Yerli məhkəmə 51 yaşlı Kimberli Makkartinin edam edilməsi barədə qərarın 3 apreldə həyata keçirilməsinə qərar verib. Zənci olan məhkumun vəkilləri isə onun edam olunması barədə qərarı qəbul edən heyətin irqi baxımdan qeyri-məqbul şəkildə seçildiyini bildirmişdilər. Qeyd edək ki, heyətin tərkibində 11 ağdərili, 1 nəfər isə zənci vardı.