2011-ci ildə başlanmış bu "macəra" indi həmin tələbə qızı çox məşhurlaşdırıb.
ABŞ-ın Massaçusets ştatındakı Emerson Universitetində oxuyan tələbə Cudi Stilin baldırlarındakı şəkillərin fotolarından ibarət sərgi də hazırlanır.
Tələbə qızın müəllimləri də artıq onun mühazirələrdə şəkillər çəkməsinə mane olmurlar.
"Professorlardan biri xahiş etdi ki, yeni kitabına illüstrasiyalar hazırlayım. Sənətimi bəyəndilər. Amma bütün mühazirələrdə oturub şəkil çəkməklə vaxt keçirmək niyyətində deyiləm. Bu, bir əyləncədir. Əsas məsələ təhsilimdir", - Cudi Stil bildirib.//milli.az







