İlon Maska məxsus "X" sosial media platformasının Kaliforniya ştatının San-Fransisko şəhərindəki baş ofisinin bağlanacağı açıqlanıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, New York Times qəzeti "X" şirkətinin baş direktoru Linda Yakkarinonun işçilərinə göndərdiyi elektron məktubu əldə edib.
E-poçtda Yakkarino, əvvəllər Twitter kimi tanınan X-in San Fransisko ofisinin yaxın həftələrdə bağlanacağını açıqlayıb.
İşçilərin San Xosedəki mövcud ofislərinə köçəcəklərini ifadə edən Yakkarino, Palo Alto bölgəsində bir ofisin açılacağını və bunun Maskın süni intellekt şirkəti xAI ilə paylaşılacağını da ifadə edib.
Qeyd edək ki, İlon Mask iyul ayında SpaceX və X şirkətlərinin qərargahını Kaliforniyadan Texasa köçürəcəyini açıqlamışdı.
Oksana