Bu səhvi etsəniz, evinizdən böcək əskik olmayacaq

MARAQLI
12:03 07.03.2024
222
Tarakanlar evlərdə tez-tez rast gəlinən zərərvericilərdir. 

AZXEBER.COM xəbər verir ki, tarakanlardan xilas olmaq üçün az qala hər evdə rastlaşa biləcəyimiz bəzi üsullar olsa da, təəssüf ki, etdiyimiz bəzi səhvlər tarakanların evlərimizə girməsinə səbəb olur. 

Tarakanların evləri zəbt etməsinə səbəb olan səhvlər bunlardır: 

Qida qalıqlarının təmizlənməməsi: Masaların altında və piştaxtalarda qalan yemək qalıqları və qırıntılar tarakanlar üçün bayramdır. Çox vaxt diqqətdən kənarda qalan və heç xəbərimiz belə olmayan yemək qalıqları qısa müddətdə tarakanları özünə çəkir. Eyni zamanda açıq yerə qoyulan qablar da tarakanların qoxunu özünə çəkməsinə səbəb olur. 

Qəzetlərin saxlanması: Kağız torbalar, karton qutular və qəzetlər tarakanları cəlb edən əşyalar kimi də tanınır. Evinizi tarakanları özünə cəlb edən karton qoxusundan təmizləmək həşəratlardan qorunmağın ən sağlam yoludur. 

Kranların yetərincə sıxılmaması: Mətbəxlərdə tez-tez rast gəlinən tarakanları özünə cəlb edən digər bir vəziyyət də mətbəxdəki kranların kifayət qədər bərkidilməməsi və damcılamasıdır. Tarakanlar tez-tez damcı kranların və yaş rəflərin ətrafında müşahidə olunur. Tez-tez piştaxtanı qurutmağı unutmayın.
 
Oksana

OXŞAR XƏBƏRLƏR