Atatürk Kamallı, "Yeni Nəsil" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gənclərin mənzil problemlərinin həlli istiqamətində, yeni təklif.
Azərbaycan Respublikası dövrünün sürətlə yüksəlməkdə olan, inkişafını yaşamaqdadır. Bu inkişafla yanaşı, cəmiyyətimizdə olan bəzi problemlər, həllini tapmasa da, öz aktuallığını itirmir. Təbii ki, bir neçə problemləri qabardıb müzakirəyə çıxarda bilərik. Ancaq, ənənəyə sadiq qalaraq,sıralamanı tam düzgün yerinə yetirsək, günümüzdə bir çox əhəmiyyət kəsb edən problemlərə həll yolu taparıq. Problemlərdən biri kimi, bu gün, bir çox gənclərin və əhalinin digər yaş qrupunda olmalarına baxmayaraq, hələ də mənzillərinin olmamasını göstərmək olar. Əsasəndə gənc ailə qurmaq istəyənlərin, evsiz, mənzilsiz olmaları və bu səbəbdən bir çox gənclərimizin hələ də ailə həyatı quramamalarını misal göstərmək olar. Bu gün artıq gənclər siyasəti, dövlətin əsas prioritet məsələsi olaraq, öndə olan məsələlərindən birinə çevrilib. Günü gündən inkişaf etməkdə olan gənclərimizin, dövlət qulluğunda irəli çəkilmələri, buna əyani, bariz misaldır. Bu gün, bu aktual məsələ, xüsusən gənclər arasında gündəlik müzakirə mövzusu olmaqdadır. Ancaq, günümüzün tələbləri və gənclərimizin maddi durumlarına uyğun olaraq, optimal bir dəyişikliyin olmaması ipoteka şərtlərinin yüngülləşməməsinin səbəbini isə açıqlamaqda biraz çətinlik çəkirik.
“Yeni Nəsil” gənclərin inkişafına dəstək ictimai birliyi olaraq, ətrafında birləşənlərin gənclərdən ibarət olmasını nəzərə alaraq, bu məsələ, gündəlik müzakirə mövzusu kimi hər gün öz aktuallığında qalır. Özümdə gənc olduğum üçün, bu məsələni qarşımıza hədəf qoyaraq, ipoteka ilə bağlı yeni bir təkliflə çıxış etməyi qərar verdik. Bu gün hər birimizə bəlli olduğu kimi ipoteka şərtlərinin yüngülləşdirdikdən sonra da, faizlərin və şərtlərin, bu günki gənclik və maddi durum baxımından ağır olması, hələ də bir çoxlarımızın mənzil sahibi olmağımızı əngəlləyir.
Nəzərə alsaq ki, bu gənclərin arasında əlillərdə vardır, məsələnin nə qədər ciddi olmasını, tam aydınlığı ilə görürük. Bu məsələdə qənəatimcə tək ipoteka fondu deyil bir çox qurumlar, o cümlədən MTK biznes sahibləri ilə birlikdə, yaxından fəaliyyət göstərməlidirlər. Bu məntiqlə yanaşma, gənclərin əsas problemlərindən ən vacibi olan, mənzil məsələsi öz həllini tapmaqla yanaşı, cəmiyyətimizə, əhalimizin sayının artmasına dəlalət edən, gələcəyin təminatçılarını, sağlam uşaqların dünyaya gəlməsini təmin etmiş olar. Dövlətin qüdrətli olmasının vacib amillərindən biridə əhalisinin sayıdır. Bu gün gənclərin bir böyük qismi, evləri olmadığından evlənib ailə sahibi ola bilmirlər. Ona görədə, onların bir qismi özlərində hələdə ailə məsuliət hissi olmadığından düzgün yol seçə bilmirlər. İnanıram ki, ailəsi olan gənclərin cox hissəsi, ailəsini saxlamaq fikri ilə, ən azından, başqa əyri yollara düşməzlər.
Qeyd etdiklərimə əsasən, Yeni Nəsil Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin adından, təklif edirəm ki, bu gün şəhərimizdə tikilən və tikilməkdə olan bir çox yeni yaşayış binalarına nəzər salaq. Xətai, Həzi Aslanov metro stansiyası yaxınlığında və şəhərimizin bir çox ərazilərində saysız hesabsız tikilən ancaq istifadəyə verilməyən çoxlu sayda binalar və mənzillər tikilmişdir. Həmin binalarda bu günədək yaşayışın olmaması, kənardan müşahidə olunur. Qənaətimcə müəyyən dövlət qurumları, ipoteka fondu tərəfindən bu mənzilləri alaraq, fondda yaradılacaq hər hansı bir qurumun adına özəlləşdirilməli, yeni şərtlərlə mənzil əldə etmək istəyənlərə, təmiri vətəndaşın üzərlərinə düşməklə, uzun müddətli müqavilə əsasında, sonda icarəçinin mülkiyyətinə verilməklə(mənzilin dəyəri tam ödənildikdən sonra) icarəyə verilməlidir. Bu gün ki, ipoteka şərtlərinə əsasən, mənzilin dəyərinin, ilk 20 faiz ödənməsi məcburidir, əgər bu mənzil yeni tikilən binalarda yerləşirsə bunun təmirinidə nəzərə alsaq, minimum yaşayış şəraitini qurmaq üçün əlavə 15 min manat (bu gün ki, təmir inşaat materiallarının dəyəri ilə hesablansa) xərclənməlidir, bu vəsait gənclərimizin böyük bir qismində mövcud olmadığından, gənclərimizin bir çoxu ipotekadan yararlana bilmirlər.
Ona görə də İpotekanın günümüz üçün, vacib prioritet olması qalmaqla, gənclərimizin, yuxarıda qeyd edilən şərtlərə görə, bundan yararlana bilməməsi meydana çıxdıqda, ipoteka şərt olaraq qalır. Bunun üçün təklif etdiyimiz kimi, əgər dövlət İpoteka fondu tərəfindən bu günədək satılmayan mənzillər, alınıb fondun adına özəlləşərsə, həmin mənzilləri, daha sərfəli şərtlərlə mənzil əldə etmək olar. Burada, dövlət mənzilləri sahibkarlardan alaraq vətandaşlara qeyd etdiyimiz kimi, uzun müddətli müqavilə ilə, mənzili alan şəxsin tərəfindən, təmir etmək şərti ilə, icarəyə verə bilər.
Mənzilin dəyərini, müddəti müəyyən edilməklə, aylara bölünür, ödəniləcək vəsait müəyyənləşir və ipoteka fondu tərəfindən verilən mənzil, bir ilin tamamından sonra odənilməyə başlayır (bir il ona görə vaxt götürülür ki, mənzil alan şəxs, özünə minimum şərait düzəldib, mənzilə köçə bilsin). Bu gün bir cox inkişaf etmiş ölkələrin yaşayış problemlərinin həllinə nəzər salsaq, məlum olur ki, əhalinin bir çox hissəsinin mənzili olmamaqla yanaşı, almaq iqtidarında da deyillər və bu da onlar üçün problem yaratmır.
Qeyd etdiyimiz prinsiplə, əhalinin bir çox hissəsi uzun müddətli mənzillər icarələyərək yaşamalarını təmin edirlər və əmindirlər ki, bu mənzildən onları heç kəs çıxartmayacaqdır(müqavilədə nəzərdə tutulan müddəalardan başqa, mənzilin aylıq dəyəri ödənilmədikdə). Mənzilin dəyəri tam ödənildikdən sonra, mənzili icarəçi öz adına özəlləşdirir. Hər birimizə məlumdur ki, əhalinin bir qismi mənzil problemini həll etmək üçün, vətəndaşlardan mənzil kirayə götürür. Bu haqqda lazımı orqanları məlumatlandırmır, vergi ödəyicisi olduğu halda, qeydiyyatdan gizlənir. Mənzil kirayəliyən şəxs, dövlətdən kirayə götürmüş olsa, aylıq mənzil kirayəsini dövlətə ödəyər və bilər ki, sonda bu mənziln sahibi olacaqdır. Ola bilər ki, təklifimiz mənzil bazarında, evlərin qiymətinin, süni qaldırmasının qarşısının alınmasınında səbəblərindən biri olsun. Təklif etdiyimiz şərt, həm ipoteka götürən üçün sərfəlidir, eyni zamanda dövlət tərəfindən əhalinin vacib probleminin birinin həlli istiqamətində, vaxtında atılmış bir addım olardı. Təklifimizi aidiyyəti qurumlar tərəfindən, Yeni Gənc Nəslin təklifi kimi dəyərləndirib, qanunlarımız çərçivəsində, müzakirə edib, gənclərin ən mühüm problemi olan mənzil məsələsinin həlli yollarının tapılmasında, köməklərini əsirgəməməklərini xahiş edirik.