18:23 Bazar Günü, 21 Oktyabr 2018
SAĞLAMLIQ

Hamiləlik dövründə plastik əməliyyat mümkündür? - Rəşad Babayevlə müsahibə

12:35, 11.01.20181580
Hamiləlik dövründə plastik əməliyyat mümkündür? - Rəşad Babayevlə müsahibə

Qadınlar hər halı ilə gözəl görünmək istəyir, hər zaman diqqət mərkəzində olmağı sevirlər. Qadınları ən çox düşündürən suallardan biri də budur: Hamiləlik dövründə gözəl qalmaq üçün nə etmək olar? Hamiləlik dönəmində estetik əməliyyat etmək olarmı?


Tanınmış estetik cərrah, Leyla Şıxlınskaya xəstəxanasının həkimi Rəşad Babayevin AZXEBER.COM-a müsahibəsində bu və digər məsələlərə toxunub.

 

Həmin müsahibəni təqdim edirik:

- Bir çox xanım üçün ən maraqlı sual budur: Hamiləlik dövründə estetik əməliyyatlar oluna bilər?

-Hamiləlik dönəmi elə bir dönəmdi ki, insan orqanizmi yenidən qurulur. İnsanın hormonal tipi dəyişir. Yeni ailə quran xanımların hər birinə deyirəm, hamiləlik dönəmi xanımların ən gözəl görsəndiyi bir dönəmdir. Çünki bir qədər kilo alırlar və dəri müəyyən qədər dartılır. Dəri dartılan zaman qırış olmur. Bəzi məsələlər də var ki, hamiləlik zamanın da bir neçə piqmentasiyalar yaranır. Ümumilikdə isə, hamiləlik dövründə əməliyyat arzuolunan deyil və məsləhər görülmür.

-Hansı piqmentlər olur?

-Dəri piqmentləri yaranır. Ola bilər ki, hamiləlik dönəmi bitdikdən sonra keçsin, ola da bilər ki, bu piqmentasiya daim olaraq dəridə görünsün. Bundan başqa hamiləlik dönəmində qarnın ön divarında olan dəridə uzun formada olan çatların əmələ gəlməsi. Buna da səbəb qarnın ön divarında dərinin kəskin dartılması olur. Bunu həm də idmançılar da görmək olar. Daha çox idmanla məşğul olanlara baxsanız, onların döş əzələlərinin ətrafında müəyyən çartlar görəcəksiz. Yəni bu çatlar hamiləlik zamanı xanımların qarnın ön divarında və bir də süd vəzilərində olur. Hər bir hamilə xanım hamiləlik dönəmin nə qədər pozitiv keçirsə, doğulacaq uşaq üçün bir o qədər də xeyri var. Yəni müsbət emosiyalar ona çox xeyri var. Amma hamiləlik dönəmində orqanizmin hesabına süd vəzilərində gələcəkdə doğulacaq uşağı üçün süd hazırlanır. Bir qədər başlayır böyüməyə. Süd vəzi böyüdükcə sallanma ehtimalı var. Ananın öz süd vəzisinin necə bəsləməsindən asılıdır. Əməliyyatdan sonra süd vəzisində olan südü övladına əmizdirməsi vacib nüanslardan biridir.

Bəzən xanımlar bizə müraciət edir ki, süd vəzilərin biri böyük, biri balacadır. Yeni doğulan uşaqlar iyə qarşı çox həssas olur. Hər hansı bir iyi sağ sinəsində gəzdirəndə övlad onu xoşlamır, digərini əmməyə başlayır. Bəzən bizə müraciət olunur ki, qız dövründə süd vəzimiz daha iri həcmlidi. Zahılıq dönəmi bitdikdən sonra kiçilmə baş verdi. Bu dövrdə insan estetik olaraq çəkini aldıqda, kəskin olduqda, verdikdə, orqanizmdə dəri sallanmaları mümkündür. Normal olaraq idmanla məşğul olaraq , dəri müəyyən qədər masaj olunmuş olur. Dəri öz elastikliyini saxlamış olur. Həftə ərzində 1 kq çəki verilir, 1 kq-dan çox verilirsə dəridə müəyyən estetik hal var.

-Sallanmalara qarşı nə etmək lazımdır?

-İdman etdiyimiz anda əzələnin sayı artmır. O zaman qarın əzələlərinin hacmi artacaq, sayı artmayacaq. Yəni bu əzələ liflərin sayı artmayacaq. İdman etdiyimiz zaman da elə olur. Bədəndə olan fasaynın altında əzələ yerləşir. Süd vəziləri inkişafı üçün hansı idmanı edək ki, böyüsün deyənlər də az deyil. Ağır yüklər qaldırıralar ki, böyüsün. Böyük və kiçik əzələləri inkişaf etdirdiyində döş əzələlərinin ön qəfəsində olan dəri altı piy toxuma yox olur. Qadın harmonlarının bir qədər artıraraq bəlkə nəsə etmək olar, amma kişi harmonları olmur. Bu yaxınlarda bir xanım mənə müraciət etmişdi ki, kişi olmaq istəyirəm. Mən imtina etdm. Mən cinsi dəyişən insanları əməliyyat etmirəm. Onlara həkimlik borcumu yerinə yetirərək ilkin tibbi yardımı edərəm. Yəni yıxılanın əlindən tutaram.


-İlkin tibbi yardım deyəndə nə nəzərdə tutursuz?

-Bir iki həkim yoldaşlarımı məsləhət gördüm. Onlara müraciət etdi və cinsini dəyişdi. Mən burun plastikası da etmirəm. Burnu əməliyyat etdirəndə səslər olur, o mənə pis təsir edir. Etdiyim işlərdən zövq almalıyam


- Yenidən mövzuya qayıdaq. Hamiləlik dönəmində çanaq quruluşunun dəyişməsi nə ilə bağlıdır?

-Hamiləlik dönəmində çanaq quruluşu dəyişir. Hətta çanaq formasını dəyişib, fintezdən ayrılır. Bu dönəmdə insan orqanizmində daim olaraq dəyişən bir şeydi. Bunlara alabəzək deyə bilərik. Alabəzəyə rəng verə bilmirik. Hamiləlik dönəmində süd vəziləri böyüyür ki, hamiləlik sona yaxınlaşdıqca süd yaransın. Belə bir deyim var ki, "Südü ver sənin uşaqlığın sürətli yığılsın”. Bizim xanımlar ultabənövşəyi şüaları qəbul etmirlər ki, onlarda vitamin çatışmamazlığı ilə bağlı problem yaranır. Qarnın ön divarı normal hərəkət etmir, onlarda doğumla bağlı problem olur.

 

-Xanımlar hamiləlikdə ən çox nəyə diqqət etməlidirlər?

-Qarnın ön divarını daim olaraq , inkişaf etdirsinlər. Normal qidalanma və duş qəbulunun olması mütləqdir. Duş qəbulu də mikromasajdır. Bunlar vacib nüansdır. Zahılıq dövrü tibbdə 40 gündür. Əvvəl orqanizm uşaq böyüdürdü, indi isə artıq süd vermə və yenidən qurulma baş verir. Bəzi xanımlar hamilə olduqdan sonra bədən fiquraların pozulmasından qorxurlar. Həmin xanımlara deyirəm ki, siz vətəndaşlarımızın sayını artırın, onların estetik tərəfi bizə qalsın. Haranı sevməsəz, biz korreksiya edərik. Bəzən deyirlər çanağımda problem var, qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirəcəm. Plastik əməliyyat etdirə bilmərəm. Ümumiyətlə, uşağı dünyaya gətirməkdən başqa heç bir əməliyyat etdirmək olmaz. Nə hamiləlik dönəmində, nə zahılıq dönəmində estetik əməliyyat olunması düzgün deyil. Ancaq məcburi dərmanlar və yaxud da ki, mikro cərrahi əməliyyat olar. Həmən dönəm yenidən qurulduqda xanım apençitdən əməliyyat olunur. Böyrək daşları yerini dəyişə bilib, ağrı verə bilər. Yenə də əməliyyatdan uzaq olmalıdır. Estetik əməliyyatların olunması ziyandır.

 
Nazim Qasımzadə
 

 

 

 

 

 


XƏBƏR LENTİ