Builki təhsil haqqını ödəmiş şəxslər də tələbə krediti üçün müraciət edə bilər - Nazir müavini

SOSİAL
13:21 25.11.2021
136
İllik təhsil haqqını ödəyən tələbələr də müvafiq şərtlərə cavab verirlərsə, təhsil tələbə kreditləri üçün müraciət edə bilərlər.

AZXEBER.COM xəbər verir ki, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bu halda tələbənin ödədiyi təhsil haqqı ona geri qaytarılır.

"Artıq tədris prosesi başlayıb. Tələbələr təhsil haqqının müəyyən hissəsini ödəyiblər. Qaydalarda həmin tələbələrin də kredit üçün müraciət etməsi ilə bağlı məsələ əksini tapıb. Təbələrin təhsil haqqılarını ödəyib-ödəməməsindən asılı olmayaraq onlar kredit üçün müraciət edə bilərlər. Bu halda tələbə tərəfindən ödənilmiş təhsil haqqı ona geri qaytarılır".

OXŞAR XƏBƏRLƏR