Dənizkənarı Milli Parkda azyaşlı qız itkin düşüb.
AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, valideyn nəzarətindən kənar qalan azyaşlı qız park ərazisində yoxa çıxıb.
Uşağın valideynlərini tanıyanlardan Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.