Bunları etmək qadağandır - FOTOLAR

DÜNYA
12:52 04.01.2013
2522

Bu ölkələrə səfər etsəniz bunlara riyayət etməyi unutmayın.AZXEBER.COM oxucularına dünya ölkələrində olan qeyri-adi qadağalarla tanış edir.İndoneziyanın şəriət qaydaları tədbiq edilən Ace əyalətində qadınların motosikletdə kişilərin arxasında ayaqlarını açaraq oturması qadağandır. Burada həmçinin qadınların dar şalvar geyinməsi də yasaqlanıb.Səudiyyə Ərəbistanında qadınların səsverməsi qadağandır. Zərif cinsin nümayəndələri burada maşın sürmək hüququndan da məhrum ediliblər. Qadınlar kişilərin icazəsi olmadan ölkədən kənara çıxa bilməzlər. Bu qadağa o qədər irəliləyib ki, hətta kişilərin mobil telefonlarına onların ailə üzvləri olan qadınıların ölkəni tərk etməsi haqqında mesaj gəlməsi barədə qanunun qəbul edilməsidə gündəmə gəlib.Hindistanın Sunderbari kəndində qadınların mobil telefonla danışması qadağan edilib. Hindlilər hesab edirlər ki, cib telefondan istifadə əxlaqa ziddir. Mobil telefonla yaxalanan gənc qızlar 10000 rupi (təqribən 150 manat), evli qadınlar isə 2000 rupi (təqribən 30 manat) cərimələnir.Əlcəzairdə Ramazan ayında siqaret çəkmək qadağandır.Misirdə bir din xadimi qadınların banan, yerkökü, xiyar kimi tərəvəzlərə toxunmasını qadağan edib. Səbəb isə bu tərəvəzlərin intim hisslər yarada biləcəyidir.Somalidə "El Şəbab" hərəkatı “sambusak” adlı ücbucaq yeməyi (tərəvəz, pendir və ya ətlə doldurulmuş xəmir yeməyi) qadağan edib. Səbəb isə onun xristianlıq simvoluna bənzəməsidir.Qadağalar deyəndə İranı da unutmaq olmaz. Ən maraqlı qadağalardan biri isə ötən həftə gündəmə gəlib. Belə ki, parlament azan oxunarkən təyyarələrin uçusunu qadağan edib.Amma İranın qadağaları bununla bitmir. Bu ölkədə qadınların dar şalvar geyinməsi, kişilərin saçlarına jele sürtməsi, it saxlamaq və gəzdirmək, qadınların kişilərin futbol matçalırını izləməsi (hətta kino salonlarda belə) qadağandır."Simpsonslar" və "Barbi" gəlincikləri də qadağalar siyahısındadır. Bu oyuncaqları qadağan edilməsinin səbəbi isə qərb mədəniyyətinin yayılmasınmın qarşısını almaqdır.Çində isə qərbə aid olan sosial şəbəkələrə giriş yasağı var. Bunun üçündə bu nəhəng ölkənin özünəməxsus "Twitter" və "Facebook"u var. Burada həmçinin xarici serialların yerli varinatlarını çəkmək, yerli filmlərdə ailə münaqişələrinə geniş yer vermək qadağandır. Tarixi filmlərdə isə zarafat və gülüşə yer yoxdur.

OXŞAR XƏBƏRLƏR