“Bunun mənə nə aidiyyəti var?” - Vidadi Zeynalov milyonluq mülklərin siyahısından danışdı

“Bunun mənə nə aidiyyəti var?” - Vidadi Zeynalov milyonluq mülklərin siyahısından danışdı
SOSİAL
13:43 23.01.2026
498
Məlum olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.

AZXEBER.COM xəbər verir ki, Vidadi Zeynalov Manset.az-a açıqlamasında əmlakların böyük hissəsinin ona aid olmadığını bildirib.

"2015-ci ildə məni saxlayanda nə qədər nəslim, qohum-əqrəbam var idisə, hamısının əmlakını araşdırmadan mənim adıma bağladılar. Bacımın yaşadığı evi, ərə getmiş qohumumun evini müsadirə etdilər. Bunun mənə nə aidiyyəti var? Sonradan araşdırma aparıldı və Ali Məhkəmədə, eləcə də Ağır Cinayətlər Məhkəməsində həmin əmlakların hamısı geri qaytarıldı”, - deyə V.Zeynalov söyləyib.

Onun sözlərinə görə, hətta valideynlərinə məxsus, uzun illər əvvəl əldə edilmiş evlər də siyahıya salınıb: "1926-cı ildə atam anadan olub, anam isə 1952-ci ildə ona ərə gəlib. Kənddə yerləşən həmin evi də müsadirə kimi yazmışdılar. Bunun da mənə heç bir aidiyyəti yoxdur. Sonradan onların da hamısını siyahıdan çıxardılar”.

Sabiq Aparat rəhbəri hazırda övladlarının yaşadığı evlərin də ona aid kimi təqdim edildiyini sözlərinə əlavə edib: "İndi bir qızımın, bir oğlumun yaşadığı evi yazırlar. Onlar da durur, yaşayırlar. Orada yazırlar ki, filankəs qaynıdır, filankəs bacanağıdır. Qaynı bir şəhərdə yaşaya bilməz? Evi ola bilməz? Mən nə edim, deyim adına ev olmasın? Mən hazırda heç Bakıda yaşamıram. Yevlaxda kənd yerində yaşayıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi