Qabil Ədalət
Qumdan saray tikən zaman...
Qumdan saray tikən zaman Yorulmuşam. Bircə anlıq məni dinlə! Burax məni, elə özün, öz əlinlə! Qaranlığı kəsib keçən fikir kimi dumanları yara-yara, sən də çıx get uzaqlara. Yadındamı? Bir zamanlar əllərindən alabəzək kəpənəyi uçurmuşdun - yaşatmaqçün. Bax, eləcə, burax məni! Qumdan saray tikən zaman barmaqların arasından süzülən o qumlar kimi sahildəcə burax məni! Dönüb baxma keçmişinə, unut məni birdəfəlik! Bu şübhələr, üzüntülər, qoy, olmasın bir də mənlik! Sən də olma, nə dünənki, nə bugünkü! Yorulmuşam daha çünki. Əlvida de! Azad elə! Baş-başa qoy təkliyimlə! Çox asanca. Get, get bu gecə.