04:04 Bazar Ertəsi, 23 Iyul 2018
SOSİAL

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

13:28, 17.04.20183280
Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq
"Gələcəkdə buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə hər il qəbul imtahanlarında iştirak edənlər əsasən cari ilin məzunları olurlar: "Əgər əvvəlki ilin məzunları ali məktəbə qəbul olunmaq üçün orta məktəbi bitirdikləri ildə deyil, bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, o zaman həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar".

M.Abbaszadə xatırladıb ki, hazırda 9-cu sinfi bitirə bilməyən şagirdlər üçün ayrıca buraxılış imtahanı təşkil olunur: "Əgər cari ilin məzunları üçün buraxılış imtahanları müxtəlif istiqamətlər üzrə ayrı-ayrı tarixlərdə fərqli rayonlarda keçirilirsə, əlavə olaraq əvvəlki illərin məzunları üçün də buraxılış imtahanları keçirilir".

2019-cu ilin buraxılış imtahanlarının cədvəlinin hələlik məlum olmadığını deyən DİM sədri əlavə edib ki, əvvəlki illərin məzunları da cari ilin məzunları kimi ali məktəblərə qəbul üçün iki mərhələli imtahanda- buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər: "Bu qayda gələn il də qüvvədə olacaq. Bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı iki il qüvvədə olması nəzərdə tutulur. Ancaq bunun üçün vaxt lazımdır". 

XƏBƏR LENTİ