Bürclər dekabrda nə vəd edir?

MARAQLI
13:57 02.12.2011
2277
Qoç İş həyatınız olduqca qarışıq və təlaş içində olacaq. Müxtəlif sualları və mövzuları razılaşdırmalı, mövqeyinizi qoruyub-saxlamalı olacaqsınız. Nəticədə böyük müvəfəqiyyət əldə edəcəksiniz ki, bu da karyera yüksəlişinizə səbəb ola bilər. Buğa Dekabr ayında sizin üçün ən önəmli məsələ maddi durumunuz olacaq. Çalışın onları iş vaxtı həll edəsiniz ki, evdə problem yaşanmasın. Sevgi münasibətlərində sabitlik gözlənilir. Sağlamlığınızı qoruyun, özünüzü soyuğa verməyin. Ailəniz varsa, övladlarınıza xüsusi vaxt ayırın, onların sizə ehtiyacı var. Əkizlər Həyat yoldaşınız, sevgiliniz və ya iş yoldaşlarınızla münasibətləri aydınlaşdırmaq üçün əla zamandır. Unutmayın ki, şəxsi həyatı iş həyatı ilə səhv salmaq olmaz. Əgər bu məsələlərə diqqətli yanaşsanız ayın sonunda ürəkaçan nəticə əldə edəcəksiniz. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Xərçəng Xəstəlikləri, müxtəlif travmaları nəzərə almasaq bu ay çox sakit və maraqlı keçəcək. Böyük layihələr sona çatacaq və əziyyətinizin bəhrəsini görəcəksiniz. Ailə üzvləri və dostlarınızla dil tapacaq və gözəl günlər keçirəcəksiniz. Maddi vəziyyətiniz sabit olacaq, gəliriniz orta olacaq. Şir Bu ay çoxlu stress keçirəcəksiniz. İşləriniz düz getməyəcək və onları təcili bitirməli olacaqsınız. Lakin hər şey alınacaq, o cümlədən arzuladığınız vəzifəyə təyin olunacaq və uğurlu müqavilələr imzalayacaqsınız. Şəxsi həyatda da problemlər olacaq, amma ayın sonunda hər şey yerinə düşəcək. Qız Başınız işə o qədər qarışacaq ki, ətrafda olanlardan xəbəriniz olmayacaq. Ayın sonunda işgüzar səfər ehtimalı var, amma buna baxmayaraq səyahət zamanı yaxşıca istirahət edəcəksiniz. Maddi vəziyyətiniz dəyişməyəcək. Ailə üzvləri isə sizin bu halınıza dözməli olacaq, çalışın onları başa düşəsiniz. Tərəzi Bu ay yeganə yaxşı xəbər ondan ibarətdir ki, maddi sıxıntı yaşamayacaqsınız. Dostlarınızla, sevgilinizlə, hətta iş yoldaşlarınızla münasibətləriniz korlana bilər. Lakin ilin sonunadək vəziyyət dəyişəcək. Çalışın mənfi emosiyalara qapılmayasınız, ətrafınızda olan insanları anlayasınız. Əqrəb Bir müddət problemlər yaxanızı buraxmayacaq, bu, həm iş, həm də şəxsi həyatınıza aiddir. Amma təlaşa qapılmayın və pis fikirləri özünüzdən uzaq tutun. Qarşıda sizi çox gözəl və qeyri-adi hadisə gözləyir. Sağlamlığınıza diqqət yetirməyi unutmayın, əsasən də bu soyuq qış günlərində. Oxatan Əhval-ruhiyyəniz yüksək olacaq, lakin işlərin gedişatı ürəyinizcə olmaya bilər. Buna görə stress keçirəcəksiniz. İşdə baş verən hər hadisə sizin xeyrinizə olacaq, hətta siz bundan əmin olmasanız belə. Şəxsi həyatınızda bəzi anlaşılmazlıqlar baş verəcək ki, bunların çözümü yalnız sizdən asılıdır. Oğlaq Bəzi insanlar sizə zərər vermək istəyəcək və siz onlarla mübarizə aparmalı olacaqsınız. Onların sayı get-gedə artacaq, lakin sonda siz peşəkarlığınız və məsuliyyətinizin köməyi ilə zəfər çalacaqsınız. Şəxsi münasibətlərinizə də müdaxilə etmək istəyənlər olacaq, lakin siz onlara uymayacaqsınız. Dolça Mülkiyyətinizlə bağlı bütün suallara cavab tapacaqsınız. İnşaat sektorunda çalışırsınızsa, maraqlı təkliflər ortaya çıxacaq. Təşkilat məsələlərinə diqqət yetirin. Ailə münasibətlərində dəyişiklik gözlənilmir, maddi durumunuz isə bir az gərgindir. İlin sonuna qədər hər şey dəyişəcək. Balıqlar

OXŞAR XƏBƏRLƏR