Bürclər oktyabrda nə vəd edir?

Bürclər oktyabrda nə vəd edir?
MARAQLI
00:58 03.10.2011
2309

Qoç Bu ay həyatınızın əsas mövzusu ağıl və hissləriniz olacaq. Peşəkar sahədə ağıl qalib gələcək və siz bəzi məqamlarda qüruru bir kənara buraxıb əməkdaşlarınızla dil tapacaqsınız. Bu münasibət işinizə müsbət təsir edəcək və siz bir addım irəli atacaqsınız. Şəxsi həyatınızda isə qısqanclıqla üzləşəcəksiniz. Buğa Yaxşı olar ki, bir müddət səhhətinizə diqqət yetirəsiniz. Bu işin öhdəsindən gəlməyi bacarsanız peşəkar sahədə sizi böyük müvəffəqiyyətlər gözləyir. Sevdiyiniz insanla münasibətə gəldikdə, bir az problem yaşana bilər. Lakin səbriniz və xeyirxahlığınız onu sakitləşdirəcək. Maddi durumunuz yaxşılaşacaq. Əkizlər Vaxtınızın çoxunu məhəbbət və ailənizə qayğınız aparacaq. Bu ay hər baxımdan uğurludur. Lakin iş yerində bəzi anlaşılmazlıqlar və intriqalar yaşana bilər, bunun öhdəsindən gəlmək sizin əlinizdə deyil, ona görə qarışmamağınız məsləhətdir. Yaxşısı başınızı aşağı salıb işinizlə məşğul olun. Xərçəng İşgüzar həyatınıza nəzər yetirsək demək olar ki, sizin üçün əlverişli məqam başlayır. Kefinizi pozan yeganə amil maliyyə məsələləri olacaq. Bu da əməkdaşlarınızla aranızda soyuqluq yarada bilər. Ailə həyatında hər şey sakit və problemsiz olacaq. Subay gənclər isə biri-birini qısqanacaq. Şir Bu ay peşəkar həyatınızın sosial tərəfləri güclü olacaq. Sizi yeni və gələcək iş planlarınız üçün faydalı tanışlıqlar gözləyir. Maddi vəziyyətiniz çox yaxşı olacaq və bu ay baş verən bütün tədbirləri ödəməyə bəs edəcək. Nəhayət, sevgilinizə qovuşacaqsınız, çünki olduqca sevimli və heyranedici xanıma çevriləcəksiniz. Qız Çalışın bir müddət fiziki işlərdən uzaq durasınız. Beyninizi artıq fikirlərdən boşaldın. İşgüzar planlar üçün əlverişli vaxtdır, ona görə də işlədiyiniz sahədə uğur qazanmaq ehtimalı olduqca yüksəkdir. Şəxsi həyatınız çox qarışıqdır və psixoloji cəhətdən sizə təsir edəcək. Maddi durumunuz isə əla vəziyyətdə olacaq. Tərəzi Özünüzü yaxşı hiss edəcəksiniz. Peşəkar həyatınızda sizi irəliləyişlər gözləyir. Yeni layihə üzərində çalışmağa başlayacaqsınız və yatırım edəcəksiniz, lakin yatırdığınız vəsait sizə ikiqat qayıdacaq. Ailədə problemlər yaranmayacaq. Ancaq bəzi xanımların keçmiş məhəbbəti öləcək, bunu da olduğu kimi qəbul etmək lazımdır. Əqrəb Bu payız ayında siz asanlıqla xəstələnə bilərsiniz, buna görə də səhhətinizə qarşı diqqətli olun. Evdən bayıra çıxmaq istəməyəcəksiniz. Bu da ailənizlə daha çox vaxt keçirmək üçün əla fürsətdir. Onlar bunu çoxdan gözləyir. Peşəkar sahədə isə keçmiş işlərinizi bitirib yeni layihələr üzərində işləməyə başlayın. Oxatan Yaxşı olar bu ay işinizdə diqqətli olasınız, çünki müvəffəqiyyət qazana bilərsiniz. Uzaq səfərlər gözlənilir. Romantik sahəyə gəldikdə, səbr kasanız artıq dolacaq və sevgilinizin qarşısında şərt qoyacaqsınız: ya sizin fikrinizə hörmət etmək, ya da ayrılmaq. Səhhətiniz və maddi vəziyyətiniz sabit olacaq. Oğlaq Nəhayət, siz yerinizi tapacaqsınız və möhtəşəm işgüzar xüsusiyyətlərinizi nümayiş etdirə biləcəksiniz. Sevgilinizlə münasibətdə qətiyyətsizlik hissi yaranacaq, ona güvəniniz azalacaq. Sağlamlığınızla bağlı problem olmayacaq. Maddi vəziyyətiniz möhkəm olacaq. Dolça İşgüzar sahədə sizi möhtəşəm layihələrin həyata keçməsi gözləyir və burada sizin böyük rolunuz olacaq. Ayın ortasında kiçik problemlər yaranacaq. Təsəvvürünüzə gətirə bilməyəcəyiniz sirrin üstü açılacaq və bu, çoxlu söz-söhbətə səbəb olacaq. Siz ciddi qərar qəbul etməli olacaqsınız. Balıqlar İşdə olan problemlər üzündən halınız pisləşəcək. Yaxınlarınızın köməyinə ehtiyacınız olacaq və onlar sevə-sevə yardım əlini uzadacaq. Həyat yoldaşınız sizə qayğı göstərəcək. Ayın sonunda işgüzar sahədə ciddi və mənfi dəyişikliklər olacaq. Buna baxmayaraq maddi durumunuz sabit qalacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz