Bütün Qafqazın Şeyxinin 66 yaşı tamam olur - FOTO

Bütün Qafqazın Şeyxinin 66 yaşı tamam olur -  FOTO
Bütün Xəbərlər
08:54 25.08.2015
1310

Hacı Allahşükür Paşazadənin Azərbaycanda dini tolerantlığın bərqərar olunmasında əvəzsiz xidmətləri var. Bu gün Bütün Qafqazın Şeyxi  Hacı Allahşükür Paşazadənin  66 yaşı tamam olur. 

 MDB məkanında ən görkəmli din xadimlərindən biri olan Hacı Allahşükür Paşazadənin Azərbaycanda dini tolerantlığın bərqərar olunmasında və dünyada dini və insani dəyərlərin təbliğində əvəzsiz xidmətləri var.

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada  "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. Ailəlidir 6 övladı 15 nəvəsi var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
13:51 20.07.2025
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
13:35 20.07.2025
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
13:17 20.07.2025
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
Sabahın hava proqnozu açıqlandı
13:02 20.07.2025
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
13:00 20.07.2025
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
12:42 20.07.2025
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
12:39 20.07.2025
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
12:27 20.07.2025
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
12:16 20.07.2025
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
12:15 20.07.2025
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
Nazan Öncel xəstəxanaya yerləşdirildi
11:49 20.07.2025
Nazan Öncel xəstəxanaya yerləşdirildi
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
11:34 20.07.2025
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
11:30 20.07.2025
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
11:20 20.07.2025
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
İranda 5,2 maqnitudalı zəlzələ olub
11:00 20.07.2025
İranda 5,2 maqnitudalı zəlzələ olub
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb
10:46 20.07.2025
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb