Britaniya Ruandaya getmək üçün sığınacaq müraciətləri rədd edilən insanlara 3000 funt-sterlinqə qədər pul təklif etməyi planlaşdırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Artıq ölkədə sığınacaq müraciətləri rədd edilən insanların öz ölkələrinə könüllü qayıtmaq üçün pul aldıqları sistem mövcuddur.
Yeni proqram ölkələrinə qayıda bilməyən insanları hədəf alır. BBC-yə brifinq verən hökumət mənbələri bildiriblər ki, bu yeni plan könüllü əsaslara əsaslandığı üçün parlamentdəki qanun layihəsindən müstəqildir.
Daxili İşlər Nazirliyinin sözçüsü:
"Keçən il 19,000 adam ölkəni könüllü tərk etdi, bu, qeyri-qanuni immiqrasiya ilə mübarizəyə verdiyimiz əhəmiyyəti nümayiş etdirir. Ölkəmizdə olmaq hüququ olmayan insanları könüllü olaraq Ruandaya getməyə təşviq etmək üçün araşdırma aparırıq. Ruanda Böyük Britaniyada olmaq hüququ olmayan insanlara yeni həyat qurmaq şansı verməyə hazırdır" deyib.
Oksana