Böyük Britaniyanın xarici işlər nazir Azərbaycana səfər edəcək
SİYASƏT
12:11 11.12.2013
1058
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.Məlumata görə, səfərin əsas məqsədi Bakıda gələn həftə "Şahdəniz" layihəsinin ikinci mərhələsinin son investisiya qərarının qəbul olunması mərasimində iştirak etməkdir.Nazir səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək, ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparacaq.