Üç milyondan çox vətəndaşın məlumatlarının oğurlanmasına cəhdlər edilib - VİDEO

Üç milyondan çox vətəndaşın məlumatlarının oğurlanmasına cəhdlər edilib - VİDEO
SOSİAL
22:37 28.01.2026
655
Üç milyondan çox vətəndaşa aid fərdi məlumatların oğurlanması üçün cəhdlər edilib.

AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Rəqəmsal texnologiyaların sürətli inkişafıı və süni intellekt sistemlərinin tətbiqi fərdi məlumatların mühafizəsi sahəsində yeni risklər yaradır. Bu məqsədlə vətəndaşların hüquqlarının gücləndirilməsini, eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik və məsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyin qüvvəyə minməsi gözlənilir.

Qurumdan qeyd edilib ki, bu il yeni portal istifadəyə veriləcək.

Qurumdan o da bildirilidi ki, görülən tədbirlərlə fərdi məlumatların daha etibarlı qorunması, rəqəmsal risklərin azaldılması təmin ediləcək. 

OXŞAR XƏBƏRLƏR