Cəbhəçi gənclər polisə müqavimət ittihamı ilə həbs edildilər
MARAQLI
09:14 31.03.2011
1751
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı “Media forum”a açıqlamasında deyib ki, qurumun üzvü Elçin Səlimov Sumqayıtda 3-cü polis bölməsinə aparılıb: “Onu niyə tutduqlarını demirlər. Hazırda Elçin Səlimovu Sumqayıt Şəhər Məhkəməsinə aparırlar. Yəqin ki, onu bir necə sutkalıq həbsə məhkum edəcəklər”.
Səbail polisinin həbs etdiyi gənc fəal Təbriz Qasımov (Önər) isə rayon məhkəməsinin qərarı ilə 5 sutka həbsə məhkum olunub. Onu polisə müqavimətdə ittiham ediblər. Təbriz Qasımovu saat 9 radələrində Səbail polisi metronun “İçərişəhər” stansiyası qarşısında saxlayıb 9-cu polis bölməsinə aparıblar. Məlumatı “Azadlıq” radiosuna gəncin atası İlqar Qasımov verib.
Müsavat Gənclər Təşkilatının üzvü Xalid Amanlını Nəsimi polisi saxlayıb. Tural Abbaslı deyib ki, Müsavat Gənclər Təşkilatının üzvü Rauf Məmmədovu da aparmağa cəhd ediblər.