Cəlil Məmmədquluzadənin şəxsi arxivinin təsviri çapdan çıxıb
MARAQLI
05:15 25.04.2011
1747
“Nurlan” nəşriyyatında işıq üzü görən təsvirdə yazıçının iri həcmli dram əsərlərinin, hekayələrinin bir qisminin avtoqraf, surət, eləcə də rus dilində tərcümə variantları, ailə üzvlərinə, müxtəlif şəxs və idarələrə yazdığı çoxsaylı məktublar, sənədlər, fotoşəkillər, qəzet və jurnal nümunələri, çap kitabları yer alıb.
Yeni nəşrdə görkəmli sənətkarın həyat və yaradıcılığının öyrənilməsində mühüm əhəmiyyət kəsb edən C.Məmmədquluzadənin, Həmidə xanım Məmmədquluzadənin, müasirlərinin xatirələri də verilib.