19:49 çərşənbə Axşamı, 20 Avqust 2019
SOSİAL

Cahangir Əsgərovun hava limanındakı “taksi biznesi” – Rüşvət verməyənlər içəri buraxılmır

13:12, 21.10.20162749
Cahangir Əsgərovun hava limanındakı “taksi biznesi” – Rüşvət verməyənlər içəri buraxılmır

BakıHeydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi sürücülərinə "tas” qoyulub.

Bu barədə AZXEBER.COM-a hava limanında çalışan taksi sürücüləri məlumat verib. Məlumata görə, ölkəmizə tursitlərin gəldiyi bir ərəfədə hava limanında çalışan yüksək rütbəli məmurların tapşırığı ilə taksilərlə bağlı yeni qaydalar tədbiq ediləməyə başlanılıb. Polis əməkdaşlarının da nəzarətində olan bu "biznes”ə qoşulmaq istəyən taksi sürücülərindən əlavə aylıq və ya günlük haqqlar alınır. 

Heç bir qanuni əsası olmadan birinci, ikinci və üçüncü sıra olaraq bölünən taksilər aldıqları hər müştəriyə görə "haqq” ödəyirlər. Bəzi taksi sürücüləri isə aylıq 1500 AZN ödəməklə istədiyi qədər müştəri götürə bilir. Bu taksi sürücüləri öz avtomobillərini hava limanı xaricindəki birinci dayanacaqda saxlayaraq daha çox müştəri əldə edirlər. Rüşvət verməyən sürücülər isə hava limanı ərazisinə buraxılmırlar və zorakılıqla üzləşirlər.

Bundan başqa nəzarətsiz qalan taksilər turistlərə istənilən qiyməti deyə bilirlər. Belə ki, aereportdan şəhərin mərkəzinə ərəb turislərə 100-150 manat arası bir qiymət deyilir.

XƏBƏR LENTİ