Cahangir Hacıyevin bacanağına hökm oxundu

Cahangir Hacıyevin bacanağına hökm oxundu
SOSİAL
11:41 08.10.2016
1456
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Timuçinoviç Hidayət-Zadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Hidayət-Zadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.

Qeyd edək ki, İ.Hidayət-Zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda günahlandırılıb. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İ.Hidayət-Zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır. C.Hacıyev və həmin bankın Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Report.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat