AHİK-dan sədr müavini Aqil Dadaşov, şöbə müdirinin müavini Əli Cəfərov, AMEA-dan Folklor institutunun şöbə müdiri Muxtar İmanov, MŞ-dan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, həmin fakültənin dosenti Zaur Babayev Yayım Şurasına yeni namizəd kimi irəli sürülüb. Bununla bağlı millət vəkilləri çıxış edib. Millət vəkilləri Qənirə Paşayeva və Fazil Mustafa İctimai Televiziyanın fəaliyyətini təqdir ediblər.
Daha sonra səsvermə keçirilib. Namizədlərdən Aqil Dadaşov 106 səs lehinə, 1 əleyhinə, Muxtar İmanov 99 lehinə, 4 əleyhinə, Cahangir Məmmədli 100 lehinə 4 əleyhinə, 1 bitərəf olmaqla Yayım Şurası üzvü seçiliblər. Əli Cəfərov 22 lehinə, 50 əleyhinə, 5 bitərəf, Zaur Babayev 15 lehinə, 54 əleyhinə, 10 bitərəf olmaqla Şura üzvü seçilə bilməyiblər.