Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah və tərəqqi arzu edirik.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi "X" hesabındakı paylaşımında deyib.
"Bu gün qardaş Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümüdür. Bu əlamətdar gün münasibətilə bütün qardaşlarımızı ürəkdən təbrik edir, Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi arzu edirik", - paylaşımda bildirilib.