Xalq artisti Röya Ayxan və müğənni Elçin Cəfərovun birgə layihəsi olan "Can" böyük uğura imza atıb.
AZXEBER.COM xəbər verir ki, mahnı "YouTube"da 10 milyon izləməyə çatıb.
Bu münasibətlə hisslərini paylaşan Röya "Duetimizi bütün musiqi platformalarında zirvəyə daşıyan sevənlərimizə təşəkkür edirəm!" deyə bildirib.
Elçin isə bu sevinci ""Can" 10 milyon" şərhi ilə bölüşüb.
Qeyd edək ki, duet hələ də "YouTube"da həftəlik ən çox izlənənlər sıralamasında birincidir. "Apple Music Top 100" sıralamasında da "Can" ilk ay boyunca 1-ci pillədə idi. Mahnı bu il "Spotify"da ən çox stream alan layihədir.
Aysel










































