Canlı efir zamanı aparıcı quşun hücumuna məruz qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın məşhur diktoru Ursula Heqer canlı yayım zamanı başına uçan quşun hücumuna məruz qalıb. Ursula danışarkən başı üzərindən uçan quş doqquz dəfə onun başına çırpılıb.
Aparıcı bu zaman sakit olmağa çalışıb. Sonda isə xanım aparıcı quşun etdiklərinə gülüşlə cavab verib.
Ursula saçını düzəltməyə çalışarkən "Həyatımın ən gülməli anı oldu. Sadəcə durub baxdım" deyib.
Ursulanın yaşadığı uğursuz hadisəyə baxmayaraq yayımını davam etdirməsi isə hər kıs tərəfindən rəğbətlə qarşılanıb.
Gülay