Canni De Byazi: "Daha da inkişaf etməliyik"

Canni De Byazi: "Daha da inkişaf etməliyik"
İDMAN
19:59 10.11.2021
410
"Əvvəlcə Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə matçlarda da nümayiş etdirdik. Daha da inkişaf etməliyik".

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis AFFA-nın türkiyəli baş məşqçilərlə danışıq aparmaları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib: "O baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm. Saytları, qəzetləri oxumuram. Açığı, heç maraqlanmıram da. Mən öz işimə köklənmişəm. Seçmə mərhələdən əvvəl heç kim bizim qrupu ilk 2 sırada tamamlayacağımızı gözləmirdi. İlluziyalarla yaşamamlıyıq. Bizə vaxt lazımdır. Nəyisə 1 gündə dəyişmək olmaz".

O, yığmaya dəvət etdiyi Mert Çeliklə Cəlal Hüseynova şans verəcəyini istisna etməyib: "Mertin problemi var. Onu bərpa etməyə çalışacağıq ki, ehtiyat skayamız geniş olsun. Cəlal gənc oyunçudur. Çıxışını bəyənirəm. 2 oyundan birində ona şans verməyi düşünürəm".

Mahir Emrelinin uzun müddətdir yığmada qol vura bilməməsinə də toxunan De Byazi bildirib ki, hücumçu sabah sakit oynamalıdır: "Həm ayaqla, həm də başla fərqlənə bilir. Öz gücünü meydanda ortaya qoymalı, qol barədə düşünməməlidir. Qol özü gələcək".

İtaliyalı mütəxəssisin sözlərinə görə, sabah meydanda fərqli heyət olacaq: "Bu, bəhanə deyil. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar. Lüksemburq yaxşı komandadır. 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Gənc futbolçuları səviyyəli komandalarda çıxış edir. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Müəyyən layihə hazırlanmalıdır. Bundan sonra inkişafa nail olmaq olar. Federasiya təxminən fikirlərimi bilir. Hansı futbolçularla mübarizə apardığımızı görür. Renat Dadaşov, Bədavi Hüseynov zədə səbəbindən bizimlə olmadı. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
18:21 12.07.2025
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO