"Catel"in "evi" yıxıldı

"Catel"in "evi" yıxıldı
MARAQLI
10:37 23.11.2011
1898

““Catel” operatorunun fəaliyyətini yenidən bərpa edəcəyi gözlənilmir". Bunu dünən jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. O qeyd edib ki, “Catel”i əvəzləyəcək hər hansı şirkətin yaradılması da nəzərdə tutulmur: “”Catel" operatorunun şəbəkəsində müəyyən dövrdə bir sıra texniki problemlər olub. Bu isə tədricən aradan qaldırılmaqdadır. Onu əvəzləyəcək hər hansı şirkətin yaradılması və ya “Catel”in başqa şirkətin tərkibinə verilməsi də nəzərdə tutulmur”.

Qeyd edək ki, bu ilin aprel ayının əvvəlində CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq CDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi - 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb. Bir müddət əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov CATEL-in Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Azerfon” şirkətinin idarəçiliyinə verilə biləcəyini söyləmişdi. O, şirkətin fəaliyyətinin bərpa olunacağını da vurğulamışdı.CATEL MMC-nin sorğu-məlumat mərkəzindən “Yeni Müsavat”a bildirdilər ki, nazir müavininin söylədiyi xəbər doğru deyil: “Şirkətin nömrələri bir neçə aydır ki, texniki nasazlıq üzündən fəaliyyətini dayandırıb. Ancaq şirkət hazırda fəaliyyət göstərir. Nömrələrin nə vaxt açıqlanacağı dəqiq bilinmir”. Bildirək ki, CATEL şəbəkəsinin abonentlərinin ümumi sayı isə 100 mindən çoxdur. Yaranan problem nəticəsində aylardır ki, şirkətin abunəçiləri öz telefonlarından istifadə edə bilmir. “İstehsalçı hüquqlarının müdafiəsi haqqında” Qanunun müvafiq maddəsinə əsasən, istehlakçı onun tələbatını ödəməyən məhsulu geri qaytara bilər. Hüquqşünas Müzəffər Baxışov deyir ki, əgər problem şirkətin günahı üzündən baş veribsə, o zaman istehlakçının məhkəməyə müraciət etmək hüququ var: “Problem texniki məsələ ilə bağlıdırsa, buna görə şirkət məsuliyyət daşıyır”.Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirir ki, aylardır CATEL istehlakçıların hüquqlarını pozur: ““İstehlakçı Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun müvafiq maddəsinə əsasən istehlakçı onun tələbatını ödəməyən məhsulu geri qaytara bilər. Əgər şirkət fəaliyyətini dayandırıbsa, istehlakçıya kompensasiya ödənilməlidir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi