Cəbhədə daha bir erməni hərbçinin meyitini aşkarladı- Rəsmi

SOSİAL
10:51 13.04.2016
2868
Aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.
Bu barədə Report-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, bu barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.
Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR