Müdafiə Nazirliyi: "Hadisə dünən cəbhənin Füzuli istiqamətində qeydə alınıb"
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə dünən cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Tərlan Nizami oğlu Cırıyev bədəninin müxtəlif yerlərindən güllə zərbəsi alıb. Nəticədə güllə yarası alan əsgərimiz hərbi hospitala yerləşdirilib.(ANSPRESS)