Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.