Cəlilabad sakinindən 11 kiloqram narkotik götürüldü

KRİMİNAL
14:15 11.01.2021
558
Cəlilabad şəhər sakinində narkotik maddə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini E.Xudiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 11 kq 275 qram heroin aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR