Cəlilabadda 19 yaşlı qız intihar etdi

Cəlilabadda 19 yaşlı qız intihar etdi
SOSİAL
10:19 13.01.2017
1757

 

Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Fətullaqışlaq kənd sakini, 1994-cü il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.


///Report
OXŞAR XƏBƏRLƏR