Cəlilabadda ana və qızlarını öldürən şəxsə ömürlük cəza

KRİMİNAL
18:03 28.11.2013
2206
Bu ilin mart ayında Cəlilabad rayonunda bir ailənin üç üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quliyev Musa Mirzəkişi oğlu ömürlük olaraq azadlıqdan məhrum edilib.Məhkəmə onun cinayəti anlaqlı şəkildə törətdiyi qənaətinə gəlib.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Cəlilabad rayonunda bir ailənin üç üzvünün qətli ilə bağlı birgə yaydığı məlumatda bildirilib ki, bu il martın 23-də saat 23.00 radələrində Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun azyaşlı uşaqları Mədinə və Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb, daha sonra isə cinayətin izini itirmək məqsədilə onların yaşadığı evi yandırıb.

Cəlilabad Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı aşkar edilərək götürülüb, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, əməliyyat tapşırığı verilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb.

Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M. Quliyev martın 24-də tutulub. İlkin dindirmə və ifadənin yerində yoxlanılması zamanı o, törətdiyi cinayət əməlini tam etiraf edib. M. Quliyevin yaşadığı evə baxış keçirilən zaman üzərində qanabənzər ləkələr olan paltarlar aşkar edilərək götürülüb.(APA)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb