Cəlilabadda üç uşaq suda boğularaq ölüb

Cəlilabadda üç uşaq suda boğularaq ölüb
SOSİAL
21:19 08.06.2021
458
Cəlilabadda bədbəxt hadisə olub.

AZXEBER.COM-un məlumatına görə, hadisə Gülməmmədli kəndində baş verib. 

Suvarma üçün olan su bəndinin yanında şəkil çəkdirən 3 azyaşlı oğlan suya yıxılaraq boğulub. 
 
İlkin məlumata görə, ölənlərdən ikisi 14-15 yaşlı qardaşlar olub, digəri isə 7 yaşlı qohumları olub. 

Hazırda uşaqların cəsədlərinin sudan çıxarılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
 
\\\Oxu.az

OXŞAR XƏBƏRLƏR