Cəlilabad rayonunda avtomobil qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 149-cu km-nin Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon Göytəpə qəsəbə sakini 29 yaşlı Pərvin Həsən oğlu Sadıqov sükanı arxasında olduğu BMW markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılaraq iki hissəyə bölünüb. Xoşbəxtlikdən sürücü dəhşətli qəzadan yüngül xəsarətlə canını qurtarıb. İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb yüksək sürət olub.
Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.