Dünyaca məşhur Amerikalı müğənni Cennifer Lopez bu yaxınlarda "Barbi" kuklalarının məşhurların formasının istehsal etdiyi oyuncaqların siyahısına daxil olub.Sənətçinin pərəstişkarları hesab edirlər ki, gəlincik müğənninin ən sevimli bədən nahiyəsini canlandıra bilməyib.Bu oyuncaqlarda Cennifer Lopezin siması, konsertlərində geyindiyi libaslar əks olunacaq. Əlbəttə ki, “Barbi”lərin həqiqi Cenniferdən bəzi fərqləri də olacaq. Belə ki, gəlinciyi yaradarkən onun saçlarını şabalıdı rəngə boyayıblar. Müğənninin pərəstişkarları bu sürprizdən çox məmnun qalıb.(ANSPRESS)