Sel qurbanlarının sayı artıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikada həftənin əvvəlindən bəri yağan leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 21-ə yüksəlib.
Yağış dayandıqdan sonra selin yaratdığı dağıntılarda itmiş insanların axtarışı üçün 60 nəfərlik qrup və 12 axtarış-xilasetmə iti ayrılıb.
Sel nəticəsində Bellspruit çayında baş verən daşqın yaşayış məntəqələrində böyük dağıntılara səbəb olub.
Humanitar yardım təşkilatları ehtiyacı olan ailələrə çatmaq üçün öz qruplarını bölgəyə göndərib.